“Bavariya” müdafiəçisi ilə danışıqlara başladı
27.05.2023 - 11:11
“Bavariya” futbolçusu Alfonso Devislə müqaviləni uzatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu müdafiəçisi ilə danışıqlara da başlayıb.
Münhenlilər kanadalı legionerlə anlaşmanı tez uzatmaq niyyətindədir. Çünki Devis digər klubların da maraq dairəsindədir. Onu saxlamaqda maraqlı olan “Bavariya” futbolçunu razı salmaq fikrindədir.
Qeyd edək ki, Alfionso “Real”ın transfer siyahısında yer alıb. Lakin ispaniyalılar hələ rəsmi təklif göndərməyib.
- Rəşad Sadıqov "Qarabağ"ın qələbəsi barədə bunları yazdı - FOTO
- Quliyevə cəza İntizam Komitəsinin sədri olmadan qəbul edilib
- Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş 4-cü Ənənəvi Futbol Turnirinə start verilir
- "Qəbələ"nin futbolçusu əməliyyat olunub
- Bundesliqa: “Ayntraxt”dan heç-heçə, “Union” məğlub oldu
0
0