"Bavariya" Tuxeli məşhur alman məşqçi ilə əvəz edə bilər
12.03.2024 - 12:58
"Bavariya" cari mövsümün sonunda baş məşqçi Tomas Tuxellə yollarını ayıracaq.
Apasport.az “Sky Sport Deutschland” nəşrinə istinadla xəbər verir ki, əvvəllər “Bavariya”nı çalışdırmış Yulian Naqelsman Münhen komandasının diqqət mərkəzindədir.
Hazırda mütəxəssis Almaniya millisinin məşqçisidir. Yulian gələcəyi ilə bağlı qərarını 2024-cü il Avropa çempionatının başlamasına yaxın verəcək.
Qeyd edək ki, Naqelsman ötən ilin yazında “Bavariya”nın baş məşqçisi postundan qovulmuşdu.
- İtaliyada oyundan öncə gərginlik - 3 yaralı
- "Abşeron"un baş məşqçisi: "Zədəli oyunçumuz yoxdur"
- Monqolustandakı “Böyük Dəbilqə” turnirinə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub
- Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida - YENİLƏNİB
- Vüsalə Kazımova FIVB Tibb Komissiyasına üzv seçilib
0
0