“Bavariya”da 2026-cı ilədək müqavilə
15.07.2022 - 22:03
“Bavariya”nın hücumçusu Serj Qbanrinin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, münhenlilərin Almaniya millisinin üzvü ilə apardığı uzun danışıqlar müsbət yekunlaşıb.
27 yaşlı ön xətt oyunçusu klubla müqaviləsini yeniləməyə razılıq verib. Qnabri yeni sazişə əsasən, 2026-cı ilin yayına qədər Bundesliqa çempionuna məxsus olacaq. “Çelsi”nin transfer gündəmində olan ulduz futbolçu gələn həftə müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Serj Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir.
- Boksçularımız Macarıstanda beynəlxalq turnirə yollandı
- Bundesliqa: Elitanı tərk edən komandaların adına aydınlıq gəlib
- Rusiyadakı beynəlxalq yarışda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşib
- Erməni boksçunu məğlub edən azərbaycanlı: "Döyüşə çox yaxşı hazırlaşmışdım"
- "Zirə" Premyer Liqada 100-cü qələbəsini qazanıb
0
0