“Bavariya”da baş məşqçidən şikayət
12.10.2022 - 15:43
“Bavariya”nın futbolçuları baş məşqçi Yulian Naqelsmanndan narazıdır.
Apasport.az saytının məlumatına görə, Avropa nəhəngində oyunçuların 35 yaşlı mütəxəssislə bağlı üç əsas şikayəti var.
Birincisi, matç zamanı uğurlu qərarların alınmaması, gedişata təsir edə bilməmək, ikincisi, əvəzetmələrin düzgün edilməməsidirsə, üçüncü səbəb Naqelsmannın davranışlarıdır. Gənc mütəxəssisin oyun zamanı texniki zonada çılğın olması futbolçuların xoşuna gəlmir.
Qeyd edək ki, Yulian Naqelsmann “Bavariya”nı ötən ilin yayından çalışdırır.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- "Qarabağ" cari mövsümdə ilk dəfə "Turan"ı məğlub edib - YENİLƏNİB
- Paris-2024: Boksçumuz ilk qələbəsini qazandı
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ
- "Fənərbaxça"da kritik iclas: Saran Tedesko ilə görüşür
0
0