“Bavariya” 36 oyundur Çempionlar Liqasının qrup mərhələsində uduzmur.
Apasport.az saytı xəbər verir ki, bu turnirin yeni rekordudur.
Almaniya çempionu səfərdə “Kopenhagen”ə (2:1) qalib gələrək, möhtəşəm nəticəyə imza atıb. Bu qələbə həm də Münhen klubunun qrup mərhələsində ardıcıl 15-ci qələbəsi olub. “Bavariya” sonuncu dəfə 2017-ci ildə PSJ-yə 0:3 hesabı ilə uduzub. Bundan sonra komanda keçirdiyi 36 qarşılaşmanın 33-də qələbə qazanıb, üçündə heç-heçə oynayıb.
Qeyd edək ki, “Bavariya” ÇL-in ilk turunda “Mançester Yunayted”ə qalib gəlib. Münhenlilər növbəti oyunu “Qalatasaray”a qarşı keçirəcəklər.
- "Qalatasaray"ın futbolçusunun vurduğu qol ÇL-də mövsümün ən yaxşısı seçildi - VİDEO
- Premyer Liqada XI əsrin ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb
- Azərbaycan millisinin heyəti açıqlandı
- Sənan Qurbanov: “Regekampf dedi, rəhbərlik də elə fikirləşir” - MÜSAHİBƏ
- Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər