“Bavariya”dan Musialaya təklif
20.08.2022 - 00:21
![“Bavariya”dan Musialaya təklif](https://ww3.apasport.az/storage/news/2022/august/19/big/62ff5eaf0f27162ff5eaf0f272166090308762ff5eaf0f26c62ff5eaf0f26f.jpg)
“Bavariya” yarımmüdafiəçisi Camal Musiala ilə müqaviləni uzatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, vingerə yeni 5 illik anlaşma təklif olunub.
Musiala müqaviləni imzalasa, 2027-ci ilədək Almaniya nəhəngində forma geyinəcək. O, 2019-cu ilin yayında “Bavariya”ya keçib. Onun əsas komandada debütü bir il sonraya təsadüf edib.
Qeyd edək ki, Camal İngiltərə və Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.
0
0