“Bavariya”nın müdafiəçisi DÇ-2022-ə gedə bilməyəcək
13.09.2022 - 11:57
![“Bavariya”nın müdafiəçisi DÇ-2022-ə gedə bilməyəcək](https://ww3.apasport.az/storage/news/2022/september/13/big/63203814117066320381411707166305589263203814117046320381411705.jpeg)
“Bavariya”nın futbolçusu Buna Sarr əməliyyat olunacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb 30 yaşlı seneqallı müdafiəçinin məşqdə dizindən zədələnməsidir.
Sarr əməliyyat sonra DÇ-2022-yə qədər bərpa oluna bilməyəcək. Bu üzdən də müdafiəçi Seneqal millisi ilə mundiala yollanmayacaq.
Qeyd edək ki, millidə 13 matç keçirən Buna cari mövsüm meydana çıxmayıb.
0
0