“Bavariya”nın növbəti təklifinə “yox” cavabı
31.05.2022 - 00:28
“Bavariya” hücumçusu Serj Qnabriyə növbəti təklifini edib.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi aparıcı oyunçusuna illik 10 milyon avro maaş ödəməyə boyun olub.
Lakin 26 yaşlı oyunçu bu təklifi də müsbət qarşılamayıb. Qnabri hazırda PSJ, “Real” və İngiltərə komandalarının maraq dairəsindədir. Onun Almaniya çempionu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
Qeyd edək ki, Serj Qnabri 2017-ci ildən bəri “Bavariya”nın heyətində 171 oyunda iştirak edib, 64 qol vurub, 40 məhsuldar ötürmə verib.
- Azərbaycan minifutbol çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib
- Rəşad Sadıqov: “Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən” - MÜSAHİBƏ
- “Neftçi” Samir Abasovla vidalaşdı, yeni baş məşqçi növbəti iclasa qaldı
- “Nyu-York”dan dramatik geridönüş: 29 xaldan
- Emreli üçün yaşıl işıq: Rəqibi İngiltərəyə gedir
0
0