“Bayer” “Siti”nin yarımmüdafiəçisini icarəyə götürüb
21.08.2025 - 23:23
"Mançester Siti"nin üzvü Klaudio Eçeverri karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi "Bayer"lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı argentinalı oyunçu 1 illik icarə əsasında Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Eçeverri "şəhərlilər"ə "River Pleyt"dən 18,5 milyon avro qarşılığında transfer olunmuşdu.
- Milli futbolçusunun komandası Niderlandda mübarizəni dayandırdı
- A Seriyası: Son çempion evində qalib gəldi
- Ülvi İsgəndərov: “Neftçi” ilə matçda yaxşı futbol oynayaraq qalib gəldik” - MÜSAHİBƏ
- Azərbaycan təmsilçisi Türkiyədəki yarımarafonda beşinci yeri tutub
- Azərbaycan çempionunun 1 yaşlı oğlu vəfat etdi
0
0