
"Bayer Leverkuzen" Avropa nəhənglərinin heyətinə qatmaq istədiyi Florian Virtzin transfer qiymətini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Virts üçün 150 milyon avro tələb edir.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Bundesliqa çempionu futbolçusunu bu qiymətə transfer etsə, klub rekordunu qıracaq.
Əvvəlki rekord 80 milyon avroya "Çelsi"yə keçən Kai Havertsə məxsusdur.
Xatırladaq ki, 4 nəhəng 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Ulduz futbolçu ilə maraqlanan klublar arasında Bundesliqadan "Bavariya", Premyer Liqadan "Mançester Siti" və "Arsenal", La Liqadan isə "Real Madrid" var.
"Barselona" isə maliyyə problemlərinə görə bu transferdən geri çəkilib.
Qeyd edək ki, 2020/21 mövsümündə əsas komandaya yüksələn Virtz karyerası ərzində 189 matçda 61 qol vurub, 57 məhsuldar ötürmə edib.
- “Turan Tovuz”un müdafiəçisi: "Kurban Berdıyev çox sərtdir"
- Qabon millisinə çağırılan “Zaqatala”lı: “Buna çox inanırdım” - Müsahibə
- Fransa 24 ildən sonra yarımfinala yüksələ bilən son dünya çempionu olub
- "Qarabağ" "Bayer"lə matçda uğurlu nəticə əldə etsə...
- Adil Şükürov: "Qəbələ" Premyer Liqada qalmalıdır"