"Benfika"nın səfər matçı təxirə salınıb
07.10.2024 - 11:34
!["Benfika"nın səfər matçı təxirə salınıb](https://ww3.apasport.az/storage/news/2024/october/07/big/67038ea7377ef67038ea7377f0172828637567038ea7377ed67038ea7377ee.jpg)
Portuqaliya Premyer Liqasının 8-ci turunda "Benfika" səfərdə "Nasional"la qarşılaşıb.
Apasport.az xəbər verir ki, matç 9-cu dəqiqədən sonra dayandırılıb. Buna dumanlı hava səbəb olub.
Hakimin göstərişi ilə komandalar soyunub-geyinmə otaqlarına yollanıblar.
Qarşılaşma 45 dəqiqə dayansa da, duman aradan qalxmayınca matç təxirə salınıb.
0
0