Benites Premyer Liqaya qayıdır
04.10.2022 - 10:10
“Nottinhem Forest”in baş məşqçi postunda dəyişiklik olacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Stiv Kuperi istefaya göndərmək niyyətindədir.
Yaxın müddətdə postunu tərk edəcək 42 yaşlı mütəxəssisi əvəzləməyə əsas namizəd də bəlli olub. Klub rəhbərliyi Rafael Benitesin xidmətində maraqlıdır.
Qeyd edək ki, əvvəllər də Premyer Liqada çalışan Benites “Liverpul”, “Çelsi”, “Nyukasl” və “Everton”a rəhbərlik edib.
- “Yunayted” və “Tottenhem” azarkeşlərini sevindirə bilmədi
- Slavko Georgiyevski: “Bir gün “Neftçi”nin baş məşqçisi olacağıma inanıram” - MÜSAHİBƏ
- "Siti" "Bavariya"nı böyük hesabla yendi, "İnter" Lissabonda qələbəyə sevindi
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- Rəşad Sadıqov: “Belə tapşırıq yox idi" - VİDEO
0
0