Kərim Benzema Asiya Çempionlar Liqasının ilk oyununda meydana çıxmayacaq.
Apasport.az xəbər verir ki, "Əl-İttihad"ın hücumçusu Özbəkistan "Navbahor"u ilə sabaha planlaşdırılan 1/8 final mərhələsinin oyununda iştirak etməyəcək.
36 yaşlı fransalı futbolçu qarşıdakı görüş üçün klubun heyətində yer alan 5 qeyri-asiyalı futbolçu arasında yer almayıb. Baş məşqçi Marselo Qallardo misirli müdafiəçi Əhməd Heqazi, yarımmüdafiəçilər Nqolo Kante (Fransa) və Fabinyo (Braziliya), həmçinin hücumçular Romarinyo da Silva (Braziliya) və Abderrazak Hamdallahın (Mərakeş) adını iştirak siyahısına salıb.
Qeyd olunur ki, Benzemanın seçilməmə səbəbi qış fasiləsində komanda ilə az məşq etməsi və lazımi formada olmamasıdır.
- Adrian Mutu: “Söz verirəm ki, uğur üçün hər matçda 200 faizimizi verməyə hazırıq”
- "Karvan-Yevlax"da Füzuli Məmmədov dönəmi başa çatdı - RƏSMİ
- Oğlanlardan ibarət millimiz Yaponiyanı qabaqlayaraq birinci olub
- Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı
- Millimizin dünya çempionatındakı rəqibləri bəlli olub