Benzema derbidə oynamayacaq
17.09.2022 - 15:25
“Real” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Kərim Benzemanın xidmətindən məhrum olub.
Fransalı hücumçu “Atletiko” ilə matçı buraxacaq. 34 yaşlı forvard Çempionlar Liqasının I turunun “Seltik”lə görüşündə zədələnib. Həmin vaxtdan meydana çıxmayan futbolçu bugünkü məşqdə də iştirak etməyib.
Qeyd edək ki, Madrid derbisi sabah keçiriləcək.
- Kapitan "Barselona"nı tərk edir
- Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
- AMADA antidopinq sahəsində beynəlxalq əməkdaşlığı genişləndirib
- FİFA köklü dəyişikliklərə gedir – qərarın tətbiqinə 2 gün qaldı
- Ən gənc 3-cü kapitan, 100-cü argentinalı, heyrətamiz nisbət – ÇL rəqəmlərlə
0
0