Benzema mətbuatda çıxan iddiaları cavablandırdı
24.01.2024 - 19:19
"Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.
Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib.
Ərəb təmsilçisinin fransalı forvardı məsələ ilə bağlı bunları deyib: "Bu tam yalandır. Fransa mediası artıq nə yazacağını bilmir".
Daha əvvəl futbolçunun karyerasını İngiltərədə davam etdirə biləcəyi bildirilirdi.
Qeyd edək ki, Benzema çıxdığı 15 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycanın U-21 yığması növbəti matça çıxacaq
- ÇL: “Qarabağ” üçün pley-offda “Trabzonspor” və ya Mahir Emreli
- Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə
- Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək
- “Qarabağ”dan israilli futbolçuya 800 min avroluq təklif
0
0