Benzema “Real”dan kənar düşdü
07.10.2022 - 18:19
“Real” İspaniya La Liqasının VIII turunda “Xetafe” ilə keçiriləcək oyunun iştirak ərizəsini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, hücumçu Kərim Benzema matça sifariş olunmayıb.
Buna səbəb Fransa millisinin üzvünün zədədən əziyyət çəkməsidir. 34 yaşlı forvard məhz bu səbəbdən “Xetafe” ilə sabahkı qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, Kərim Benzema bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb, 4 qol, 1 assistlə yadda qalıb.
- Azərbaycan klublarının Konfrans Liqasındakı mümkün rəqibləri dəqiqləşdi
- Canni de Byazi: “Qara Qarayev buraya gəlməməsinin səbəbini bilir”
- AAF-nin vitse-prezidenti Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib
- New Generation Fighting təşkilatının döyüş gecəsi keçirilib
- Çempionlar Liqası: Qrupa ilk 3 vəsiqənin sahibi bəlli olur
0
0