Benzema və Militao finalda oynaya bilər
10.02.2023 - 10:13

Madrid “Real”ının iki əsas futbolçusu Kərim Benzema və Eder Militao zədəsini sağaldıb.
Apasport.az saytı xəbər verir ki, bu səbəbdən də fransız hücumçu və braziliyalı müdafiəçi klublararası dünya çempionatının finalında İspaniya təmsilçisinə qoşula bilər.
Hər iki futbolçunun zədəyə görə mundialı buraxacağı bildirilsə də, artıq onların həlledici görüşdə iştirak etmək şansı yaranıb.
Qeyd edək ki, “Real” - "Əl-Hilal" finalı fevralın 11-də Bakı vaxtı ilə saat 23:00-da Mərakeşin paytaxtı Rabatda oynanılacaq.
- Paris-2024: İtaliya qələbə ilə başladı
- Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb
- Barış Alper Yılmaza sərvət dəyərində təklif
- Nikola Kaliniç: "Biz "Fənərbaxça" deyilik, hakimlər hər zaman onların lehinə olacaqlar"
- Elgiz Abbasov: "Premyer Liqada AVRO-2024-dəki toplardan istifadə olunacaq"
0
0