“Beşiktaş” ona 2,5 milyon avro təklif etsə də...
16.01.2023 - 23:03
“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edə bilər.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi “Konyaspor”a yarımmüdafiəçi Amir Hadziahmetoviçin transferi üçün 2,5 milyon avro təklif edib.
Konyalılar məbləğin az olduğundan razılıq verməyiblər. Lakin iki komanda arasında danışıqlar davam edir.
24 yaşlı bosniya və herseqovinalı oyunçunun ingilis klublarının da maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, 2016-cı ildən “Konyaspor”da oynayan Amir 169 oyunda 12 qol vurub, 14 assist edib.
- MLS tarixində ən bahalı transferlərin adı açıqlanıb - Dünya çempionu siyahıda yoxdur
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
- 7 şahmatçı Azərbaycan çempionatına vəsiqə qazanıb
- Azər Bağırov istefa verdi - Rəsmi
- Rafael Məhərrəmli: “Gələcək oyunlarda bundan da yaxşı olacağıq”
0
0