"Beşiktaş" qapıçısını rəsmən açıqladı - 4 illik müqavilə
09.07.2026 - 00:22
"Beşiktaş" qapıçısını rəsmən açıqladı - 4 illik müqavilə

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Doğan Alemdarın transferini rəsmən açıqlayıb.

22 yaşlı türk qolkiperlə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Doğan Alemdar "Kayserispor"un yetirməsidir. O, 2021-ci ildə Fransanın "Renn" klubuna transfer olunub və son mövsümü icarə əsasında "Trua"da keçirib. Gənc qapıçı Türkiyə millisinin heyətində də debüt edib.