“Beşiktaş” seneqallı yarımmüdafiəçiyə “göz dikib”
24.08.2026 - 23:38
“Beşiktaş” seneqallı yarımmüdafiəçiyə “göz dikib”

“Beşiktaş” “Rayo Valyekano”nun yarımmüdafiəçisi Pate Sis ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

32 yaşlı seneqallı futbolçunun İspaniya klubundan ayrılmağa müsbət yanaşdığı bildirilir. Lakin “Rayo Valyekano” Sis üçün 10 milyon avroluq sərbəstqalma maddəsinin ödənilməsini tələb edir.

Qeyd edək ki, Seneqal millisinin üzvü 2021-ci ildən La Liqa klubunun şərəfini qoruyur.