“Beşiktaş” Serbiya millisinin üzvü ilə maraqlanır
20.12.2025 - 12:32
“Beşiktaş” Serbiya millisinin üzvü ilə maraqlanır

“Beşiktaş” qış transfer pəncərəsində müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Zenit”də çıxış edən Serbiya millisinin üzvü Strahinya Erakoviçi heyətinə qatmaq istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

“Ağ-qaralar”ın futbolçu ilə bağlı danışıqlara yanvar ayında başlaması gözlənilir.

Qeyd edək ki, Erakoviç bu mövsüm Rusiya klubu ilə bütün turnirlərdə 19 oyunda meydana çıxıb.