"Beşiktaş"da AYRILIQ
07.01.2024 - 15:14
Ara transfer cəhdlərini davam etdirən "Beşiktaş" yarımmüdafiəçisi Jan Onana ilə yollarını ayırıb.
Apasport.az "TRT Spor"a istinadla xəbər verir ki, ağ-qaraların Fransa Liqa 1 komandası "Marsel"lə anlaşdığı bildirilib. Məlumata görə, Onana alqı-satqı variantı ilə kirayə veriləcək.
Qeyd edək ki, "Beşiktaş" mövsümün əvvəlində Jan Onanı heyətinə qatıb. İstanbul təmsilçisinin "Lens”dən heyətinə qatdığı Onana bu mövsüm 10 matçda çıxış edərək 1 məhsuldar ötürmə edib.
- Boksçularımızdan Gürcüstanda 13 medal
- Coşqun Diniyevin komandası liderliyə yüksəldi
- Jorj Kaşkilya: “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik"
- Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramı bəlli olub
- Rafael Ağayevin anasının adına Afrikada bulaq açıldı - VİDEO
0
0