"Beşiktaş"da ayrılıq
20.04.2024 - 14:57
!["Beşiktaş"da ayrılıq](https://ww3.apasport.az/storage/news/2024/april/20/big/6623978f8ec546623978f8ec5517136085916623978f8ec506623978f8ec52.jpg)
"Beşiktaş" gənc futbolçu Berkay Vardarla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə "qara-ağlar"ın mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı xitam verildiyi bildirilib.
Berkay Vardar mövsümün əvvəlində "Şerif"ə icarəyə verilib və futbolçu fevralın 4-də kluba qayıdıb.
2022-23 mövsümünün əvvəlində peşəkar müqavilə imzalayan Berkay Vardarın "qartallar"la 2026-cı ilə qədər müqaviləsi var idi.
0
0