“Beşiktaş”da ayrılıq
25.08.2026 - 20:03
"Beşiktaş"da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, klub yarımmüdafiəçi Jan Onana ilə yollarını ayırıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kamerun milli komandasının üzvü ilə klub arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Beşiktaş" Jan Onananı 2032-cü ilin yayında "Lans"dan 4 milyon avroya transfer etmişdi.
0
0