“Beşiktaş”da ciddi itki
09.02.2025 - 13:25
“Beşiktaş”da ciddi itki

Super Liqa təmsilçilərindən “Beşiktaş” itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Gedson Fernandes sıradan çıxıb. O, “Sivasspor”la səfər matçında (2:0) zədə alıb.

Gedsonun son durumu tibbi müayinədən sonra bilinəcək.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm Super Liqada 20 oyunda 3 qol vurub.