"Beşiktaş"da prezident seçkilərinin tarixi açıqlanıb
03.12.2024 - 16:09
!["Beşiktaş"da prezident seçkilərinin tarixi açıqlanıb](https://ww3.apasport.az/storage/news/2024/december/03/big/674ef4dae4687674ef4dae46881733227738674ef4dae4685674ef4dae4686.jpg)
Super Liqa təmsilçilərindən "Beşiktaş" növbədənkənar seçki konqresinə getməyə qərar verib.
Apasport.az xəbər verir ki, "qara-ağlar" dekabrın 29-da yeni prezidentini seçəcək.
Alınan qərara görə, Serdar Topraktepe qurultaya qədər komandanın başında qalacaq.
Qeyd edək ki, Hasan Aratın istefasından sonra onu Hüseyn Yücel əvəz edib.
0
0