“Beşiktaş”da skandal – 3 min futbolçunun datası silindi
18.04.2025 - 17:36

Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş”da skandal hadisə yaşanıb.
Apasport.az Türkiyə mətbuatına istinadən verir ki, klub daxilində aparılan yenidənqurma prosesi çərçivəsində alt yaş kateqoriyaları üzrə skautlar işdən azad olunmuşdu.
Mənbənin məlumatına görə, işdən çıxarılan şəxslərdən biri klubun akademiyasının sisteminə daxil olaraq, işlədiyi müddətdə toplanmış 3 min futbolçuya aid məlumatları silib.
Lakin hadisə tez bir zamanda müəyyənləşdirildiyindən, bütün datalar geri qaytarılıb.
Qeyd edək ki, “Beşiktaş” tərəfindən bu məsələ ilə bağlı rəsmi bir açıqlama verilməyib.
0
0