"Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif
14.01.2026 - 14:16
"Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif

"Latsio"nun müdafiəçisi Nunu Tavareş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" portuqaliyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 25 yaşlı sol cinah müdafiəçisi üçün İtaliya klubuna bonuslarla birlikdə 10 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Nunu Tavareş bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 10 oyunda 1 qol ötürməsi edib.