"Beşiktaş"dan seçki qərarı: Tarix bəlli oldu
22.12.2024 - 12:54

Super Liqa təmsilçilərindən "Beşiktaş"da növbədənkənar seçkilərin keçiriləcəyi ümumi yığıncaq təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qara" klubun rəsmi sosial media hesabında paylaşım edilib.
Açıqlamada bu gün keçirilməsi planlaşdırılan, lakin kifayət qədər səs çoxluğu əldə olunmayan növbədənkənar ümumi yığıncağın dekabrın 29-u keçiriləcəyi bildirilib.
Qeyd edək ki, "Beşiktaş"da prezidentlik uğrunda Hüseyn Yücel və Serdal Adalı mübarizə aparacaq.
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- PSJ 50 milyon avroya müdafiəçi alır
- Avropa oyunu öncəsi "Fənərbaxça"da ciddi itkilər
- Şəhriyar Əsgərov: "Serb hakim kobud səhvə yol verdi"
- Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur
0
0