"Beşiktaş"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05.08.2024 - 15:15
!["Beşiktaş"ın Avropa Liqasındakı rəqibi bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/august/05/big/66b0b467da34e66b0b467da34f172285655166b0b467da34b66b0b467da34d.jpg)
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Beşiktaş"ın pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib .
"Beşiktaş" pley-off mərhələsində "Partizan" - "Luqano" matçının qalibi ilə qarşılaşacaq.
“Qara-ağlar” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu avqustun 22-də keçirəcək. Bu turun cavab görüşləri avqustun 29-da baş tutacaq.
0
0