“Beşiktaş”ın futbolçusu Braziliya klubunda - RƏSMİ
02.09.2025 - 16:26
“Beşiktaş”ın futbolçusu Keni Arroyo karyerasını Braziliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, ekvadorlu vinger “Kruzeyro”ya transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “Qara qartallar” Arroyonun satışından 8 milyon avro gəlir əldə edib.
19 yaşlı oyunçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Beşiktaş” Keni Arroyonu bu ilin fevralında ölkəsinin “İndependyente” klubundan transfer etmişdi.
- Mamadu Mboc: "Samir Abasov "Neftçi"yə gəlsə, hər şey dəyişəcək" - Müsahibə
- Aslan Kərimov: "Norveçdən 3 xalla qayıdacağımıza inanıram"
- “Şamaxı”nın futbolçusu əməliyyat olunub
- Gürcüstan millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb
- "Neftçi" qışda "qabıq dəyişəcək" - Tamaşın yerinə braziliyalı müdafiəçi
0
0