
"Atletiko Madrid" icarə əsasında "Betis"də çıxış edən braziliyalı vinger Antoni ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "Teamtalk" nəşri məlumat yayıb.
"Atletiko Madrid" “Mançester Yunayted”in futbolçusunu transfer etmək istəyir. “Qırmızı şeytanlar” böyük ümidlərlə "Ayaks"dan transfer etdikləri Antoninin satışından ən az 48 milyon avro qazanmaq arzusundadır.
Erik ten Haqın istəyiylə 2022-23 mövsümündə “Mançester Yunayted”ə cəlb olunan və heç cür gözləntiləri qarşılaya bilməyən Antoni qış transfer pəncərəsində "Betis"ə icarəyə verilmişdi. Yeni komandasında əvvəlki performansını xatırladan braziliyalı futbolçu Dieqo Simoenin diqqətini çəkib.
25 yaşlı yarımmüdafiəçi La Liqanın cari mövsümündə 8 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- PSJ məğlubiyyətsizlik seriyasını 19 matça çatdırıb
- Mahir Emreli üçün bu klublarla danışıq oldu və...
- Əliyar Ağayev Yunanıstan Superliqasının oyununu idarə edəcək
- Türkiyəli qapıçı Azərbaycan millisindən imtina etdi