![Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 iyul](https://ww3.apasport.az/storage/news/2022/july/02/big/62bfe83cdd6a762bfe83cdd6a8165674399662bfe83cdd6a462bfe83cdd6a6.jpeg)
Bu gün idman jurnalistlərinin peşə bayramıdır.
Apasport.az saytının məlumatına görə, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
Bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 98 yaşı tamam olur.
Assosiasiya 150-dən artıq ölkənin milli təşkilatını özündə birləşdirir. Ölkəmizdə idman mətbuatını birləşdirən təşkilat – Azərbaycan İdman Jurnalistləri Assosiasiyasıdır (AİJA).
AİJA 1995-ci ildə yaradılıb. Eldar İsmayılovun prezidenti olduğu qurum bir il sonra AİPS-in müvəqqəti, 1997-ci ildən tamhüquqlu üzvüdür.
“Apasport” bütün idman jurnalistlərini təbrik edir, fəaliyyətində uğurlar arzulayır.