Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
22.06.2026 - 02:15
Futbol üzrə dünya çempionatında Belçika və İran yığmaları arasında keçirilən G qrupunun II tur matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada İran millisinin qapıçısı Əlirza Beyranvand layiq görülüb.
Təcrübəli qolkiper qarşılaşma ərzində 7 seyv edərək komandasının qapısını toxunulmaz saxlayıb və 0:0 hesabı ilə başa çatan oyunda əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, İran ilk turda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə etmişdi. Komanda iki oyundan sonra 2 xal toplayıb. İran qrupdakı son matçını Misirə qarşı keçirəcək.
- Torres het-trik etdi, "Barselona" qələbə qazandı
- Prezident İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
- Paytaxtda məhəllələrarası mini futbol turnirinə yekun vurulub
- Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
- Yüksək Liqanın 2024/25 mövsümündə iştirak edəcək komandalar açıqlanıb
0
0