Biliç İngiltərə klubundan göndərildi
07.03.2023 - 22:20
![Biliç İngiltərə klubundan göndərildi](https://ww3.apasport.az/storage/news/2023/march/07/big/6407822f0cea36407822f0cea416782136796407822f0cea16407822f0cea2.jpg)
İngiltərənin "Votford" klubu baş məşqçisi Slaven Biliçlə yolları ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna səbəb Biliçin rəhbərliyi altında son 8 oyunundan yalnız 1-də "Votford"un qələbə qazana bilməsidir.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis ötən ilin sentyabrından "Votford"u çalışdırırdı.
0
0