![Birinci hissədə rekorda imza atdı – tək zərbə ilə uduzdu](https://ww3.apasport.az/storage/news/2023/september/20/big/650a0dd622a31650a0dd622a321695157718650a0dd622a2f650a0dd622a30.jpg)
Çempionlar Liqasının qalibi “Mançester Siti” rekorda imza atıb.
Apasport.az saytı xəbər verir ki, komanda birinci hissədə “Srvena Zvezda”nın qapısına 22 zərbə endirib.
Bu turnirin tarixində ən yüksək göstəricidir. Bu zərbələrdən 7-si qapıya istiqamətlənib. Bu göstəriciyə baxmayaraq, “Mançester Siti” fasiləyə məğlub yollanıb. Serbiya təmsilçinin 45-ci dəqiqədə qapıya endirdiyi ilk zərbə qolla nəticələnib. Amma fasilədən sonra “şəhərlilər” oyunun axarını dəyişiblər və rəqib qapısından üç top keçiriblər – 3:1.
Ümumilikdə, Mançester klubu 90 dəqiqə ərzində rəqib qapısına 37 zərbə endirib.
Qeyd edək ki, əvvəlki rekord “Barselona”ya məxsus idi. Kataloniyalılar 2013-cü ildə birinci hissədə “Viktoriya”nın (Çexiya) qapısına 21 zərbə endiriblər.