FİFA-nın keçmiş prezidenti Zepp Blatter DÇ-2030-un ev sahibliyi ilə bağlı seçimi tənqid edib.
Apasport.az saytı xəbər verir ki, o, turnirin 3 qitə və 6 ölkədə keçirilməsini uğursuz addım adlandırıb.
“Turnirin belə parçalanması absurd qərardır. Dünya çempionatının final mərhələsi kompakt şəkildə təşkil olunmalıdır. Tarixi səbəbləri nəzərə alsaq, 2030-cu ildə çempionar Cənubi Amerikada keçirilməli idi”, - deyə dünya ali futbol qurumun keçmiş rəhbəri bildirib.
Qeyd edək ki, FİFA-nın qərarına əsasən, DÇ-2030-un üç oyununa Argentina, Uruqvay və Paraqvayda, qalan hissəsinə isə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
- Superkubok yarımfinalında geri addım: TFF qərarı yenidən müzakirə edəcək
- Avropa Kuboku: “Kür” III mərhələdə İslandiya klubu ilə qarşılaşacaq
- Dünya və Avropa çempionu Pikenin təşkil etdiyi turnirdə çıxış edəcək
- Noyer komanda ilə məşq etdi: DÇ-yə hazırdır
- “Fənərbaxça” Türkiyə yığmasının futbolçusu ilə anlaşdı