Türkiyə Super Liqasının 20-ci həftəsində "Fənərbaxça" səfərdə "Qaziantep"i 1:0 məğlub edib.
Apasport.az xəbər verir ki, Serdar Aziz zədələndikdən sonra 38-ci dəqiqədə oyuna daxil olan Leonardo Bonuççi ilk dəfə "sarı-göylü" komandanın formasını geyinib.
"Fənərbaxça"da transferi yeni başa çatan italyan müdafiəçi yeni klubunda çempionluq və ya kubok qazanmaq arzusunda olduğunu bildirib: "Hər kəsə minnətdaram. Edin Ceko və Duşan Tadiçlə gələcək qərarımı müzakirə etdim. Onlardan eşitdiklərim seçimimə təsir etdi. Mən öz təcrübəmi göstərmək istəyirəm. Karyeramın son mərhələsindəyəm və onu kubokla başa vurmaq istəyirəm".
Qeyd edək ki, italiyalı yanvarın 11-də "Union Berlin"dən "Fənərbaxça"ya keçib.
- DÇ-2026-dan sonra baş məşqçiyə ölüm təhdidi: Polis hərəkətə keçdi
- Arif Əsədov: "Həmin futbolçuların milliyə dəvət alması başadüşüləndir"
- Ruslan Qurbanov: "Xarici məşqçiyə bu qədər çox pul xərcləməkdənsə..."
- "Eyndhoven"in futbolçusu “Neftçi”nin transfer siyahısında
- Paris 2024: Futbol üzrə yarışlarda yarımfinal cütləri bəlli olub