"Bornmut" ispaniyalı məşqçisi ilə müqavilə müddətini uzatdı
13.05.2024 - 17:33
!["Bornmut" ispaniyalı məşqçisi ilə müqavilə müddətini uzatdı](https://ww3.apasport.az/storage/news/2024/may/13/big/6642166fac0976642166fac09817156071516642166fac0956642166fac096.jpg)
"Bornmut" baş məşqçisi Andoni İraola ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
Andoni klubu ilə 2026-cı ilin ortalarına qədər davam edəcək əmək müqaviləsi imzalayıb.
İspaniyalı keçən yay "Bornmut"u çalışdırmağa başlayıb. O, Premyer Liqa klubunda 43 rəsmi oyun keçirib, 17 qələbə, 9 heç-heçə və 17 məğlubiyyət ilə yadda qalıb.
Xatırladaq ki, Andoni İraola Premyer Liqada mövsümün sonunda ən yaxşılar üçün mükafat uğrunda mübarizə aparan beş məşqçidən biridir.
0
0