"Bornmut"un baş məşqçisi bəlli oldu
04.06.2026 - 16:18
"Bornmut"un yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, komandanı almaniyalı mütəxəssis Marko Rouz çalışdıracaq.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Marko Rouzun son iş yeri "Leypsiq" olub. O, 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər bu komandanı çalışdırıb.
Mütəxəssis burada Almaniya kubokunun və Almaniya Superkubokunun qalibi olub.
0
0