"Borussiya" yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
28.03.2024 - 11:20
!["Borussiya" yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb](https://ww3.apasport.az/storage/news/2024/march/28/big/66051838eae8c66051838eae8d171160991266051838eae8a66051838eae8b.jpeg)
Yarımmüdafiəçi Kyell Veyten "Borussiya" ilə yeni müqavilə imzalayıb.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, cari mövsümdə 18 yaşlı alman futbolçu "Borussiya"nın gənclər komandasının heyətində 27 matçda iştirak edib, 10 qol vurub, 9 məhsuldar ötürmə edib.
0
0