"Borussiya"da ciddi itki
05.10.2024 - 12:33
Almaniyanın "Borussiya" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Kərim Adeyemi sıradan çıxıb.
Almaniyalı vinger ayaq əzələsindən zədə alıb. 22 yaşlı ön xətt oyunçusu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini 2022-ci ilin yayında "Zalzburq"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Slovakiya Belçikanın məğlubiyyətsizlik seriyasına son qoydu
- "Neftçi" və "Sabah" Şeydayev üçün yarışır
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
- Kadiri: "Azərbaycanda özümü sübut etdiyimi düşünürəm" - Müsahibə
- Təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları müəyyənləşdi
0
0