"Borussiya"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək
08.05.2024 - 16:56
!["Borussiya"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək](https://ww3.apasport.az/storage/news/2024/may/08/big/663b76fc1173f663b76fc117401715173116663b76fc1173d663b76fc1173e.jpg)
Dortmund “Borussiya”sından ayrılacağını açıqlayan Marko Roys gələcək karyerası haqda qərarını verib.
Apasport.az xəbər verir ki, alman yarımmüdafiəçinin yeni ünvanı ABŞ olacaq. Roys MLS təmsilçiləri ilə danışıqlar aparır.
2013-cü ildən “Borussiya”da çıxış edən Roys mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Marko Roys Dortmund klubu ilə 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib.
0
0