Brandt yeni müqaviləyə imza atdı
11.04.2023 - 22:13
![Brandt yeni müqaviləyə imza atdı](https://ww3.apasport.az/storage/news/2023/april/11/big/6435a23f7c91f6435a23f7c92016812365436435a23f7c91d6435a23f7c91e.jpg)
Dortmund "Borusiya"sının yarımmüdafiəçisi Yulian Brandt klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, yeni müqavilə 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub.
Qeyd edək ki, Yulian Brandt "Bayer"in yetirməsidir. O, 2019-cu ildən "Borusiya"da çıxış edir. Alman futbolçu bu mövsüm Dortmund klubunda bütün turnirlərdə 34 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0