Braziliya millisinin üzvü “Əl-Əhli”də - Rəsmi
01.02.2025 - 18:16
Səudiyyə Ərəbistanı komandalarından “Əl-Əhli” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda “Portu”nun şərəfini qoruyan Qalenonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, “Əl-Əhli” oyunçu üçün qarşı tərəfə 50 milyon avro ödəniş edib.
Vinger yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm Portuqaliya təmsilçisinin heyətində çıxış etdiyi 31 rəsmi matçda 12 qol, 3 assistlə yadda qalıb.
- “Barsa” almaniyalı məşqçi ilə müqavilə yeniləyib - RƏSMİ
- Azərbaycan Futzal Federasiyasının iclası keçirilib
- Blatter: “İran dünya çempionatından kənarlaşdırılmalıdır”
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi müəyyənləşdi
- Luis Enrikenin Çempionlar Liqasının finalındakı favoriti
0
0