Braziliyadan Abubakara təklif var
27.01.2024 - 16:24
![Braziliyadan Abubakara təklif var](https://ww3.apasport.az/storage/news/2024/january/27/big/65b4ec1b5ea1665b4ec1b5ea17170635573965b4ec1b5ea1465b4ec1b5ea15.jpg)
"Beşiktaş"ın heyətindən kənarda qalan Vinsent Abubakar üçün taliblər gəlməyə davam edir.
Apasport.az Braziliya mətbuatına istinadla xəbər verir ki, "Qremio" komandası kamerunlu hücumçuya rəsmi təklif göndərib.
Rəhbərlik Abubakar üçün 5 milyon avro qiymət qoyub.
Hazırda Afrika Millətlər Kubokunda çıxış edən Abubakar bu mövsüm “ağ-qaralar”ın heyətində 22 oyuna çıxıb, 11 qol, 3 ötürmə ilə yadda qalıb.
0
0