Bruno Fernandes Kriştiano Ronaldoya çatdı
02.02.2024 - 12:55
Bruno Fernandes İngiltərə Premyer Liqasında daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Premyer Liqanın XXII turunun "Vulverhempton"la matçında (4:3) məhsuldar ötürmə edib.
Bu “qırmızı şeytanlar”ın kapitanının çempionatdakı 37-ci assisti olub. Bununla da 29 yaşlı orta xətt oyunçusu bu göstəricidə Kriştiano Ronaldoya çatıb.
Qeyd edək ki, Fernandes İngiltərə çempionatında cıxış etmiş portuqaliyalı futbolçular arasında yalnız Nanidən geri qalır – 43 ötürmə.
- Avropa Kubokunda iştirak edəcək cüdoçularımız bəlli olub
- “Sumqayıt”dan ayrılan futbolçunun yeni ünvanı bəlli olub
- “Qarabağ” - “Zirə”: 28-ci duel – RƏQƏMLƏR NƏ DEYİR?
- Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək - FOTO
- “Qarabağ” Monteneqro millisinin futbolçusu ilə 2 illik müqavilə imzaladı
0
0