“Parma”nın qapıçısı Canluici Buffon karyerası ərzində onu heyran edən futbolçuların adlarını çəkib.
Apasport.az saytının məlumatına görə, əfsanəvi italiyalı, xüsusən də, hücumçuları fərqləndirib.
44 yaşlı qolkiper 4 ön xətt oyunçusu sadalasa da, argentinalı Lionel Messini onlar arasında göstərməyib: “Neymar, Kilian Mbappe, Kriştiano Ronaldo və Zlatan İbrahimoviç məni heyran edib. Yalnız hücumçuların adlarını çəkdim, çünki onlar həmişə göz önündədirlər, qol vururlar”.
Qeyd edək ki, Canluici Buffon ötən mövsüm “Parma”nın heyətində İtaliya B seriyasında 26 oyunda iştirak edib, 27 qol buraxıb.
- Ramin Quliyev: "Neftçi”nin xal itirmək limiti bitib" - MÜSAHİBƏ
- Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib
- Rodriqo “Real Madrid”də qalmaq istəyir
- Ronaldo ötən il ən çox maaş alan idmançı olub
- Bakıda yeniyetmə və gənclər arasında rapid turniri keçirilib - FOTO