Bundesliqa təmsilçilərindən "Ştutqart"ın kapitanı Atakan Karazor milli komanda ilə bağlı seçimini edib.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, Almaniyada doğulmuş 27 yaşlı dayaq yarımmüdafiəçisi Türkiyə yığmasının şərəfini qoruyacaq.
Təcrübəli futbolçunun Türkiyə vətəndaşlığı alması üçün başladılan prosedur artıq yekunlaşıb. Baş məşqçi Vinçenso Montella dəvət edəcəyi təqdirdə, Karazor "ay-ulduzlular"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Atakan Karazor 2019-cu ilin yayından "Ştutqart"da çıxış edir. Türk yarımmüdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.
- Yığmamızın 5 boksçusu Avropa çempionatının yarımfinalında
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Olimpiadanın qaliblərinə 50 min dollar veriləcək
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- Millimiz Serbiyadan 7 medalla dönür: 3 qızıl, 1 gümüş, 3 bürünc