Bundesliqada ayın futbolçusu bəlli olub
19.12.2024 - 22:56
![Bundesliqada ayın futbolçusu bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/december/19/big/67645eadc476c67645eadc476d173463108567645eadc476a67645eadc476b.webp)
Almaniya Bundesliqasında ayın futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada Omar Marmuş layiq görülüb.
"Ayntraxt"ın hücumçusu noyabr ayında 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu mövsüm Marmuşun aktivində ümumilikdə 13 top var.
0
0